Baş məşqçisi Frederik Antonetti ilə yolları ayıran "Lill" klubu Loran Blana təklif göndərib.
Sportarena.az xəbər verir ki, son olaraq PSJ-nin baş məşqçi postunda olan təcrübəli mütəxəssis bu təklifi qəbul etməyib. Belə ki, daha güclü klubları çalışdırmaq istəyini əsas gətirən mütəxəssis "Lill"dən imtina edib.
Qeyd edək ki, Antonettinin istefaya göndərilməsinə komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, 13 tura aktivinə 10 xal yazdıran "çoban itlər"i hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.