Almaniya Bundesliqasında debüt edən "Leyptsiq" Almaniya futbolunun tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, Bundesliqanın 12-ci turunda "Frayburq" üzərində 4:1 hesabı ilə qələbə qazanan komanda rekord müəyyənləşdirib. Belə ki, "Leyptsiq" Bundesliqada debüt ilində ardıcıl 12 oyun uduzmayan ilk Almaniya klubu olub.
Qeyd edək ki, 12 turdan sonra 9 qələbə qazanan və 3 oyunda heç-heçə edən "Leyptsiq" 30 xalla liderdir.