Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov açıqlama verib.
Onun sözlərinə görə 8 şübhəli oyun haqqında müvafiq orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir.