Güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

23:28 26 Noyabr 2016

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparıb.

Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb. 

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub. 

59 kq
Bürünc medal görüşü 
Taleh Məmmədov - Kanibek Jolçubekov (KGZ) 0:2
Kərim Cəfərov - Mingiyan Semyonov (RUS) 3:6
Təsəlliverici görüş 
Gaurav Şarma (İND) - Kərim Cəfərov 
Murad Məmmədov - Taleh Məmmədov 2:4
1/4 final
Keniçiro Fumita (JPN) - Taleh Məmmədov 10:0
Firuz Tuxtaev (UZB) - Kərim Cəfərov 6:3
1/8 final
Taleh Məmmədov - Mirambek Aynagulov (KAZ) 3:0
Keniçiro Fumita (JPN) - Murad Məmmədov 7:4
Kərim Cəfərov - Hamed Ahmed (EGY) 8:3               66 kq
Bürünc medal görüşü 
Nurtay Nurgaliyev (KAZ) - Rövşən Tağıyev 1:3
Təsəlliverici görüş
Mohammad Hossein Elyasi (İRİ) - Kamran Məmmədov 5:2
1/2 final 
Rövşən Tağıyev - Şmaqi Bolkvadze (GEO) 0:2
1/4 final 
Rövşən Tağıyev - Elmurat Taşmuradov (UZB) 6:0
Artem Surkov (RUS) - Kamran Məmmədov 3:2
1/8 final
Kamran Məmmədov - Mateusz Bernatek (POL) 6:1
Azad Əliyev - Giuk Choi (KOR) 4:5
71 kq
FİNAL
Həsən Əliyev - Balint Korpasi (HUN) 1*:1
Bürünc medal görüşü 
Ridong Jang (CHN) - Cahid Nəcəfov 3:2
1/2 final
Həsən Əliyev - Aleksandr Maksimoviç (SRB) 2:1
Cahid Nəcəfov - Balint Korpasi (HUN) 0:5
1/4 final 
Həsən Əliyev - Alexis Munoz (COL) 8:0
Nurgazy Asangulov (KGZ) - Cahid Nəcəfov 1:10
1/8 final 
Rüstəm Əliyev - Aleksandr Maksimoviç (SRB) 5:5*
Cahid Nəcəfov - Darxan Bayaxmetov (KAZ) 5*:5         75 kq
FİNAL 
Elvin Mürsəliyev - Viktor Nemes (SRB) 1:3
Bürünc medal görüşü 
Mehrac Kərimov - Zurabi Datunaşvili (GEO) 1:2
Təsəlliverici görüş
Mehrac Kərimov - Rajbek Bisultanov (DEN)
1/2 final 
Elvin Mürsəliyev - Ruslan Tsarev (KGZ) 1*:1
1/4 final 
Elvin Mürsəliyev - Jalgasbay Berdimuratov (UZB) 9:0
1/8 final
Viktor Nemes (SRB) - Mehrac Kərimov 4:0
Jong-Gyu Yun (KOR) - Şəmistan Quluzadə 2:1
80 kq
FİNAL 
Aslan Atem (TUR) - Rafiq Hüseynov 1:2
Təsəlliverici görüş 
Daulet Jaxikilov (KAZ) - Elton Vəzirzadə 6:1
1/2 final 
Rafiq Hüseynov - Samat Şirdakov (KGZ) 3:0
1/4 final
Elton Vəzirzadə - Rafiq Hüseynov 0:3
1/8 final
Emin Əhmədov - Samat Şirdakov (KGZ) 0:6
Elton Vəzirzadə - Pascal Eisele (GER) 6:5
Daulet Jaxilikov (KAZ) - Rafiq Hüseynov 0:3         85 kq
FİNAL 
İslam Abbasov - Tadeusz Mixalik (POL) 5:1
Bürünc medal görüşü 
Soltan İsmayılov - Daniel Heçavarria (CUB) 2:1
Təsəlliverici görüş
Adem Budjemline (ALG) - Soltan İsmayılov 4:5
1/2 final
İslam Abbasov - Jan Belenyuk (UKR) 3:1
1/4 final
Tadeusz Mixalik (POL) - Soltan İsmayılov 8:1
İslam Abbasov - Yevgeni Saleyev (RUS) 3:1
1/8 final
Soltan İsmayılov - İsaac Haight (USA) 10:1
Yevgeni Saleyev (RUS) - Arif Niftullayev 4:1
98 kq
Bürünc medal görüşü 
Cenk İldem (TUR) - Orxan Nuriyev 3:1
1/2 final
Musa Evloev (RUS) - Orxan Nuriyev 5:3
1/4 final
Araz Həsənov - Amirhossein Hosseini (İRİ) 1:2
Kevin Castillo (HON) - Orxan Nuriyev 1:3
1/8 final
Nizami Şəmilov - Reiner Romero (CUB) 0:8         130 kq
FİNAL
Oyan Nəzəriani - Kiril Hrişçanka (BLR) 3:1
1/2 final
Damir Kuzembayev (KAZ) - Oyan Nəzəriani 1:9
1/4 final
Oscar Pino Hinds (CUB) - Oyan Nəzəriani 1:2


Digər xəbərlər

Xəbər xətti