Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Komanda XI turda 3-cü pillədə qərarlaşan "Sportinq"i qəbul edib. Matç "Boavişta"nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Qarşılaşma millimizin üzvü Emin Mahmudovun debütü ilə yadda qalıb. Gənc yarımmüdafiəçi 75-ci dəqiqədə meydana daxil olmaqla "Boavişta"da rəsmi debütünü gerçəkləşdirib. Kamran Ağayev bu dəfə də 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Boavişta" 11 oyundan 13 xalla turnir cədvəlində 11-ci pillədə yer alıb.