Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
Sportarena.az sportnet.az-a istinadən xəbər verir ki, Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ürək tutmasından dünyasını dəyişib.
Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb.