İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç özünə Stokholmda heykəl ucaldılacağına münasibətini açıqlayıb.
Hazırda çıxış etdiyi “Mançester Yunayted”in saytına açıqlamasında o, bu təşəbbüsdən sevindiyini deyib: “Mən Malmönin kiçik bir kəndindənəm. İndi paytaxtda heykəlim ucaldılır. Uşaqlıqda özümü başqaları kimi hiss etmirdim. Nə zamansa dünyanı fəth edəcəyimi bilirdim”.
İbrahimoviç daha sonra deyib: “Normalda insan öldükdən sonra ona heykəl qoyulur. Bu səbəbdən mənimlə bağlı durum inanılmazdır. Qürur duyuram”.