Rusiya millisinin və "Lokomotiv"in üzvü Aleksandr Səmədov komandasını tərk edəcək.
Sportarena.az xəbər verir ki, futbolçu Rusiyanın digər klubu "Spartak" ilə müqavilə imzalyacaq.
Məlumata görə, 32 yaşlı futbolçu Moskva klubu ilə 2 illik müqaviləyə imza atacaq. "Spartak"ın futbolçu üçün "dəmiryolçular"a 5 milyon avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, cari mövsüm PRemyer Liqada 15 oyuna çıxan yarımmüdafiəçi 4 qol vurub.