"Şalke" - "Nitsa" matçını idarə edən Əliyar Ağayevin "bal"ı açıqlandı

15:53 29 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin V turu turunda keçirilən "Şalke" - "Nitsa" matçında fit çalan Əliyar Ağayevin idarəçiliyi yüksək qiymətləndirilib. 


Sportarena.az xəbər verir ki, bu barədə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

 
Onun sözlərinə görə, qarşılaşmanın hakim-inspektoru Marian Ruzbarski Almaniyada keçirilən matçı çətin oyunlar kateqoriyasına daxil edib. Buna baxmayaraq, Ağayev çətin sınaqdan üzüağ çıxa bilib. FİFA referimizin idarəçiliyi 8,4 balla qiymətləndirilib.
 

Qeyd edək ki, sözügedən qarşılaşmada Əliyarın işi yetərincə olub. O,  qarşılaşmanın 80-ci dəqiqəsində, hesab 1 olarkən qonaqların qapısına penalti təyin edib ki, almanlar bu şansdan məharətlə yararlanıblar - 2:0. Referi 7 dəfə sarı vərəqəyə əl atıb ki, onlardan üçü meydan sahiblərinə, dördü isə qonaqlara göstərilib. Meydan sahiblərinin bir üzvü isə 90+3-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. (futbol11.az)


Digər xəbərlər

Xəbər xətti