Ərsun Yanal hücumçunu "Trabzonspor"dan qovur

16:45 29 Noyabr 2016

"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal koreyalı futbolçu Hyun-Jun Sukun komandadan göndərilməsini tələb edib.


Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun "Gənclərbirliyi" ilə oyunda meydana girmək istəməməsi olub. Belə ki, baş məşqçi matçın ikinci hissəsində futbolçunun meydana çıxması üçün hazırlaşmasını tələb etsə də, o, bunu qəbul etməyib. Nəticədə Ərsun Yanal Sukun əvəzinə Mustafa Yumlunu meydana çıxarıb. 


Məlumata görə, Sukun bu hərəkətindən sonra Yanal rəhbərliydən futbolçunu qış fasiləsi zamanı komandadan göndərməyi tələb edib.


Xatırladaq ki, Suk mövsüm əvvəlində "Porto"dan "Trabzonspor"a transfer edilmişdi. O, Superliqada iştirak etdiyi 10 oyunda fərqlənə bilməyib.


Qeyd edək ki, millimizin hücumçusu Ramil Şeydayev də "Trabzonspor"da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti