Azərbaycan Kubokunun 1/8 final mərhələsində dekabrın 3-də Bakıda “Şahdağ”la görüşəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb.
Sportarena.az xəbər verir ki, tarixi derbidəki qələbədən sonra bir gün istirahət edən komanda üzvləri yenidən Bakıda bir araya gəliblər. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
Hazırlıq planına əsasən, komanda dekabrın 2-nə bu arenada çalışacaq. Oyundan öncəki son məşq prosesi ilə matça ev sahibliyi edəcək “Bayıl Arena”da keçiriləcək.
“Şahdağ” - “Kəpəz” oyunu dekabrın 3-də keçiriləcək və saat 13:00-da başlayacaq.