"Çelsi"nin futbolçusu Branislav İvanoviç karyerasını "Yuventus"da davam etdirə bilər.
Serbiyalı müdafiəçinin qış transfer pəncərəsində Turin klubuna keçəcəyi gözlənilir.
"Çelsi"nin baş məşqçisi Antonio Konte də İvanoviçin gedişinə narazıdı deyil.
Qeyd edək ki, 32 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2017-ci ilə qədərdir.