Türkiyə kubokunda qrup mərhələsinin oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" da ilk matçına çıxıb. G qrupunda yer alan "timsahlar" səfərdə "Akhisar Bələdiyəspor"un qonağı olub. Görüş 3 - 3 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, baş məşqçi Hamza Hamzaoğlu bu qarşılaşmada əsasən ehtiyatda qalan futbolçulara şans verib. Bu səbəbdən Dəniz Yılmazın adı oyunun iştirak ərizəsinə daxil edilməyib.