"Fənərbağça" Türkiyə kubokunun qrup mərhələsinə məğlubiyyətlə başlayıb. İstanbul klubu doğma divarlar arasında "Gənclərbirliyi" ilə qarşılaşıb.
Meydan sahibləri artıq 10-cu dəqiqədə meydanda azlıqda qalıblar. İsmayıl Köybaşı qırmızı vərəqə ilə cəzalanıb. Azlıqda qalan "Fənər" 24-cü dəqiqədə hesabı açıb. Yigithanın zərbəsi dəqiq alınıb.
İkinci hissədə daha yaxşı oynayan Ankara klubu 56-cı dəqiqədə hesabı bərabərləşdirib. Rantie dəqiq oynayıb. 77-ci dəqiqədə Kahveçi "Gənclərbirliyi"nə qələbə qazandırıb - 2:1.