Azərbaycan milli komandasının və "Boavista"nın qolkiperi Kamran Ağayev Portuqaliya Premyer Liqasının 12-ci turunda keçiriləcək "Pasuş de Fereyra" ilə matçı zədə səbəbindən buraxmalı olacaq.
Sportarena.az xəbər verir ki, "Boavista"nın həkimi Eduardo Oliveyra
CBC Sport-a açıqlamasında zədənin yüngül olduğunu bidlirib: "Kamranın zədəsi ciddi deyil və artıq 1 həftədən sonra komanda ilə birlikdə məşqlərə başlaya biləcək".