İngiltərə Premyer Liqasının 14-cü turunda "Everton"la qarşılaşacaq "Mançester Yunayted" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçi Ueyn Runinin köməyindən yararlana biləməyəcək. Belə ki, "Vest Hem"lə İngiltərə Liqa kubokunda keçirilən matçda sarı vərəqə ilə cəzalandırılan futbolçu limiti doldurub.
Qeyd edək ki, "Everton" - "Mançester Yunayted" matçı dekabrın 4-ü keçiriləcək