"Tottenhem" klubu futbolçusu Harri Keynlə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçunun müqaviləsi 2022-ci ilin yayına qədər artırılıb. Onun sözləşməsi 2020-ci ilə qədər idi.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 8 oyuna çıxan futbolçu 5 qol vurub.