İngiltərə milli komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, yığmanının baş məşqçisi postuna Qaret Sautqeyt təyin edilib. Onunla 4 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis Sem Ellardaysın istefaya göndərilməsindən sonra müvəqqəti olaraq millinin baş məşqçisi vəzifəsini icra edirdi.