"Mançester Yunayted" daha bir transfer rekordu qırmaqda israrlıdır.
Sportarena.az xəbər verir ki, İngiltərə təmsilçisi bu dəfə diqqətini İspaniyaya yönəldib. Məlumata görə "MY" "Barselona"nın forvardı Neymara görə üçün 180 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, son transfer rekordu da məhz "Mançester Yunayted"ə məxsusdur. Belə ki, Mourinyonun komandası yayda rekord məbləğə Pol Poqbanı "Yuventus"dan heyətinə qatmışdı.