FİFA 2016-cı ilin ən yaxşı baş məşqçisi adına son 3 namizədin adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, bunlar Klaudio Ranyeri ("Lester"), Zinəddin Zidan (“Real”) və Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdur.
Qeyd edək ki, dünyanın ən yaxşı məşqçisinin adı yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə açıqlanacaq və qalibə xüsusi mükafat veriləcək.