“Neftçi” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Şərurspor”a 2:0 hesabı ilə qalib gəlib.
Sportarena.az xəbər verir ki, matçdan sonra "Neftçi" klubunun baş məşqçisi Elxan Abdullayev oyunu şərh edib:
“Təbii ki, birinci divizionla Premyer Liqanın səviyyəsi eyni deyil. Bu elə oyunda da hiss olundu. Amma, eyni zamanda, hiss olunurdu ki, “Şərurspor” komandası oyuna böyük istəklə çıxmışdı. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirik. Biz də qarşıdakı oyunumuzda çalışacağıq ki, uğurumuzun davamını gətirək. Bizim üçün növbəti mərhələdə rəqibin “Turan Tovuz” və ya “Zirə” olacağının fərqi yoxdur. Sabahkı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı rəqiblə düşsək, yaxşı nəticə qazanmaq üçün oynayacağıq”.