Azərbaycan ümumdünya boks yarışlarından imtina etdi

00:09 3 Dekabr 2016

Azərbaycan boks klubu “Baku Fires” ilk dəfə ümumdünya Boks Seriyası (WSB) yarışlarında iştirak etməkdən imtina edib.

Sportarena.az ”Virtualaz.org-a istinadən xəbər verir ki, WSB-nin 7-ci mövsümündə 12 komanda iştirak edəcək.

Onlar üç qrupa – Amerika, Avropa – Afrika və Asiya qrupuna bölünəcək. Yarışlar fevral ayında başlayacaq və aprelin sonuna qədər davam edəcək.

Qeyd edək ki, daha əvvəl “Baku Fires” əvvəlki WSB yarışlarının hamısında iştirak etsə də, qalib gələ bilməyib.


Digər xəbərlər

Xəbər xətti