Bu gün "Qarabağ" ölkə kubokunun 1/8 final mərhələsində "Səbail"i 5:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:
"Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdü, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələr bizim üçün çox çətin oldu. 2:0 dan sonra rəqib fərqlənə bilərdi. "Səbail"ə uğurlar arzu edirəm"