İngiltərənin "Çelsi" futbol klubunda baş verən cinsi təcavüz qalmaqalının detalları məlum olub.
Yerli media 1972-ci ildə klubun sabiq futbolçusu Geri Consonun cinsi təcavüzə məruz qaldığını yazır. Həmin vaxt 13 yaşında olan futbolçunu klubun aşağı yaş qrupları üzrə baş məşqçisi Eddiye Heat zorlayıb. Bildirilir ki, klub futbolçunun ictimaiyyətə açıqlama verməsini əngəlləmək üçün ona 50 min sterlinq vəsait ödəyib.
Qeyd edək ki, 1979-cu ildə həyatını itirən Eddiyenin adı bir çox təcavüz iddialarında hallanıb. Məşqçi barədə səslənilən bütün iddialar onun ölümündən sonra üzə çıxıb.