Bakıda Qran-pri turnirinin final mərhələsi və dünya çempionatı keçiriləcək

13:35 4 Dekabr 2016

Dekabrın 9-10-da Bakıda taekvando üzrə Qran-pri turnirinin final mərhələsi, dekabrın 12-13-də isə komandalararası dünya çempionatı keçiriləcək.


Sportarena.az xəbər verir ki, Dünya Taekvando Federasiyasının və Azərbaycan Taekvando Federasiyasının birgə təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək beynəlxalq Qran-pri turnirinin finalında dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuları mübarizə aparacaqlar. Turnirin qalibləri 6 min dollar və 80 reytinq xalı, finalçılar 3 min dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı əldə edəcəklər.


Dekabrın 12-13-də keçiriləcək milli komandalar arasında dünya çempionatında isə səkkiz yığma yarışacaq.


Dekabrın 11-də təşkil olunacaq qala-gecə mərasimində ilin ən yaxşı taekvandoçusu, ən yaxşı məşqçisi, ən yaxşı hakimi və ən yaxşı milli federasiyası mükafatlandırılacaq.


Xatırladaq ki, kişilərdən ibarət yığmamız ötən il Meksikada təşkil edilmiş komandalararası dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti