Mövsüm sonunda "Çelsi" ilə müqaviləsi bitən Branislav İvanoviç karyerasına Türkiyədə davam edəcək.
Sportarena.az xəbər verir ki, 32 yaşlı müdafiəçi "Beşiktaş"a keçməyə razılıq verib. Serbiyalı futbolçu Türkiyə klubuna azad agent kimi transfer olunacaq.
Qeyd edək ki, cari mövsüm İngiltərə çempionatında 9 oyuna çıxan futbolçu 1 qol ötürməsi ilə yadda qalıb.