“Mançester Siti”nin futbolçusu Yaya Ture sərxoş halda avtomobil idarə edərkən saxlanılıb.
Sportarena.az xəbər verir ki, hadisə ötən həftə baş verib.
Polis afrikalı futbolçunu saxlayarkən onun normadan artıq spirtli içki qəbul etdiyi üzə çıxıb.
Artıq iş məhkəməyə qədər gedib çıxıx. Faktla əlaqədar dekabrın 13-ü üçün məhkəmə prosesi təyin edilib.
Maraqlıdı ki, 2012-ci ildə oyunların birindən sonra matçın ən yaxşı oyunçusuna verilən spirtli içkidən imtina edən Yaya Ture bunu müsəlman olması ilə əlaqələndirmişdi.