“Lokomotiv”in əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu “Spartak”da davam etdirəcək.
Bu haqda “Sport-ekspress” qəzetinin saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 2.5 mövsümlük müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bununla bağlı müqavilə bağlanacağı bildirilib. Müqavilənin şərtlərinə əsasən, Səmədov ilinə 1.8 milyon avro qazanacaq. “Lokomotiv”də isə futbolçu bir qədər çox – mükafatlar da daxil olmaqla ilinə 2 milyon avro gəlir əldə edir.
Qeyd edək ki, “Lokomotiv”in baş məşqçisi Yuri Syomin Səmədovu əvəzedici heyətə göndərib.
Əlavə edək ki, bu gün “dəmiryorçular”ın yarımmüdafiəçisi Petar Şkuletiç İntagram hesabından Səmədovla şəklini paylaşaraq onunla vidalaşıb və gələcək karyerasında uğurlar arzulayıb.