“Mançester Siti”nin oyunçusu Yaya Ture sərxoş halda avtomobil idarə edərkən saxlanılıb.
Hadisə bu həftənin ikinci günü baş verib. Polis Kot-d’İvuarlı futbolçunu Daqenhama gedərkən saxlayıb. Bu zaman onun normadan artıq spirtli içki qəbul etdiyi üzə çıxıb.
Faktla əlaqədar dekabrın 13-ü üçün məhkəmə prosesi təyin edilib.
Qeyd edək ki, 2012-ci ildə Yaya Ture müsəlman olduğunu bildirərək matçın ən yaxşı oyunçusuna verilən şampanı qəbul etməkdən imtina etmişdi.