"Mançester Yunayted” klubu səfərdə “Everton”la oyunda hesabda öndə olduğu halda son dəqiqələrdə penaltidən buraxdığı qolla 2 xal itirib. Həmin penaltiyə səbəb olan oyunçu isə 85-ci dəqiqədə oyuna daxil olmuş Maruan Fellaini olub. Səbəbkarın “Everton”da oynadığı illərdə komanda yoldaşı olmuş Leon Osman jurnalistlərə verdiyi müsahibədə Fellaini haqda bunları söyləyib:
“Məşqdə Fellainiyə qarşı oynayanda o, həmişə kiminsə ayağına zərbə endirərdi. O, hər zaman belə yöndəmsiz oyunçu olub. Oyunlar zamanı biz həmişə çalışardıq ki, onu cərimə meydançasından uzaq tutaq. Maruan rəqibin cərimə meydançasında oynayarkən da həmişə qarışıqlıq yaradır”.