İdmançımız ağır atletika üzrə Avropa çempionatında bürünc medal qazandı

13:34 5 Dekabr 2016

İsrailin Eylat şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, dekabrın 10-dək davam edəcək yarışda Azərbaycan yığma komandası da mübarizə aparır.


Yarışın ilk günü 56 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Kənan Xəlilov 20 yaşadək idmançılar arasında qitə birinciliyinin bürünc medalına sahib olub. O, birdənqaldırma hərəkətində üçüncü yanaşmasında 110 kiloqramı ram edərək bütün rəqiblərini üstələyib. Bir müddət əvvəl Azərbaycan kubokunun sahibi olan K.Xəlilov təkanla qaldırma hərəkətində 118 kiloqramı başı üzərinə qaldıra bilib.

48 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu Səbinə Əzimova 154 kq (67+87) nəticə ilə 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti