"Bavariya"nın hücumçusu Robert Levandovski bu ilin sonunadək komandası ilə müqaviləsini yeniləyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun məsləhətçisi Mark Bartel məlumat verib. Onun sözlərinə görə, müqavilə dekabr ayının sonunadək imzalanacaq. Yeni müqavilənin şərtlərinə əsasən, Levandovski mövsümə 15 milyon avro alacaq.
Xatırladaq ki, 2014-cü ildə Almaniyanın ən titullu komandasına transfer olunan 28 yaşlı polşalı hücumçunun Münxen klubu ilə mövcud müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.