IV İslam Həmrəylik Oyunlarına səkkiz min könüllü cəlb olunacaq

23:09 5 Dekabr 2016

Gələn il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarına cəlb olunacaq könüllülərin seçim prosesi davam edir.

IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov dekabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı Könüllülər Mərkəzində yaradılan şərait və seçim prosesi ilə tanış olub.

“Bakı-2017”nin oktyabrın 17-də start verilən könüllülük proqramına qeydiyyat mərhələsi davam edir. Fevraladək davam edəcək qeydiyyat prosesindən uğurla keçən 8 min könüllü əlamətdar idman tədbirinin bir hissəsi olacaq. Hazırda qeydiyyatdan keçən 10 min könüllüdən 3 mini müsabiqədə iştirak edib. Könüllülər mərkəzində gənclərin ingilis dilində rahat ünsiyyət qurma bacarığını inkişaf etdirmək məqsədilə ödənişsiz kurslar fəaliyyət göstərir. 


Digər xəbərlər

Xəbər xətti