Milli komandamızın və “Trabzonspor”un üzvü Ramil Şeydayev Türkiyə superliqasında debüt edib.
Gənc hücumçu superliqanın 13-cü turunda “Kayserispor”la səfər oyununun 80-cı dəqiqəsində meydana çıxıb. Şeydayev 90+3-cü dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”. Görüş “Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Şeydayev bunadək "Trabzonspor"un heyətində 2 kubok matçında oynayıb və 1 qol vurub.