Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.
02 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter” – “Qaradağ Lökbatan” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
02 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanıb, klub 640 manat cərimə olunub.
03 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
03 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ” klubu xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.
05 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun təxirə salınmış oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Qəbələ” klubunun 26 №-li futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.