Yığmamızın 14 potensial rəqibi müəyyənləşdi

18:57 6 Dekabr 2016

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirin 16 iştirakçısından 15-i müəyyənləşib.


Sportarena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov açıqlama verib. 


O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaq. Turnir 2017-ci il yanvarın 7 - 22-də baş tutacaq.


Qeyd edək ki, Azərbaycanı turnirdə Təbriz Həsənovun yeni baş məşqçi təyin olunduğu 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti