İngiltərə Premyer Liqası çərçivəsində baş tutan “Everton” – “Mançester Yunayted” matçında maraqlı hadisə baş verib.
Antonio Valensiya topu oyuna daxil edərkən arxa planda görünən “Çelsi” forması geyinmiş qız böyük marağa səbəb olub. Sosial mediada Emily Roqavski adlı qızın “Çelsi”nin yeni həkimi olduğu bildirilib.
Məsələyə “İnsaqram” hesabında aydınlıq gətirən Emily Roqavski deyilənləri təkzib edib:
“Mən “Çelsi”ni və futbolu sevirəm. “Çelsi”nin fanatı olsam da, bu matça getməyə bilməzdim”