"Beşiktaş"ın serb futbolçusu Duşko Toşiçin həyat yoldaşı Jelena Karleusa Serbiyadan İstanbula qayıdıb.
Müğənni Türkiyəyə dönən kimi mətbuatın gündəminə gəlib. Buna səbəb onun alış-verişdə xərclədiyi məbləğ olub. Məlumata görə, gələn kimi "Zorlu Center"ə üz tutan Jelena məşhur geyim markalarından birinin məhsullarını alıb. Cəmi 40 dəqiqə mağaza olan futbolçunun xanımı bu müddətdə 63 min lirə (təxminən 31 min manat) xərcləyib.
Məşhur müğənni daha sonra "Beşiktaş Akaretler"dəki restoranlardan birinə baş çəkib. Burda ona 670 lirə (330 manat) hesab gətirən ofisianta 200 avro (373 manat) bəxşiş verib.
///Fanat.Az