Ukraynanın Xarkov şəhərində təşkil olunan qaydasız döyüş növləri (MMA) üzrə dünya çempionatı “Qəbələ” idman klubu üçün uğurlu alınıb.
Sportarena.az xəbər verir ki, yarışda təmsilçilərimiz iki medal qazanıblar.
Xarkov İdman Sarayında təşkil olunan WMMAF versiyası üzrə çempionatda Hüseyn Əliyev və Bəxtiyar Abbasov fəxri kürsüyə qalxıblar. B.Abbasov 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu tituluna yiyələnib. H.Əliyev isə eyni nailiyyətə 77 kiloqram çəki dərəcəsində imza atıb.
Beləliklə, “Qəbələ”nin iki döyüşçüsü 2016-cı ilin dünya çempionu titulunu qazanıb.