Avropa Liqasında qrup mərhələsinin son turundan sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, ötən gecə baş tutan qarşılaşmalardan sonra cədvəldə dəyişikliklər baş verib. Qrup mərhələsində çıxış edən təmsilçilərimiz "Qarabağ" və "Qəbələ"nin məğlub olması mövqeyimizə təsir edib.
Aktivində 17,750 xalı olan ölkəmiz 1 pillə geriləyərək 26-cı pillədə qərarlaşəb. Azərbaycan bu mövsüm reytinqinə 4,250 xal yazdırıb. Cari mövsüm ən çox reytinq xalı qazandıran klub "Qarabağ"dır.
"Qarabağ" - 2,125
"Qəbələ" - 1,375
"Neftçi" - 0,375
"Kəpəz" - 0,375
Bir pillə geriləməyə isə Kiprin APOEL klubunun "Olimpiakos"u məğlub etməsi olub.