İtaliyanın "Fiorentina" klubu futbolçusu Kuma Babakarı cəzalandıracaq.
Sportarena.az xəbər verir ki, buna seneqallı futbolçunun komandanın baş məşqçisi Paulo Souzaya etiraz etməsi səbəb olub. Belə ki, Babakar Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda baş tutan "Qarabağ" - "Fiorentina" (1:2) oyununda əvəzlənməsinə etiraz edib. 51-ci dəqiqədə yerini Nikola Kaliniçə buraxan 23 yaşlı hücumçu baş məşqiyə etirazını bildirib. O, Souzanın əlini sıxmayaraq birbaşa soyunub-geyinmə otağına yollanıb. Babakar bu hərəkətinə görə cəzalanacaq.