Tahir Süleymanov Xaqani Məmmədovun yalanı haqda

15:31 9 Dekabr 2016

Əliyar Ağayevin I dərəcəli FİFA hakimi dərəcəsini alması xəbərinin yanlış çıxması futbol ictimaiyyətinin narazılığı ilə qarşılanıb. 


Sportarena.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun yalanının ifşa olunmasına futbol adamları da biganə qalmırlar.
 

Sabiq FİFA hakimi Tahir Süleymanov apasport.az saytına açıqlamasında Xaqani Məmmədova çağırış edib.
 

O, Məmmədovu məsələyə rəsmi münasibət bildirməyə dəvət edib: “Televiziya verilişində Xaqani Məmmədov eksklüziv olaraq Əliyar Ağayevin 1-ci kateqoriyada olacağı ilə bağlı açıqlama verdi. Kimlərəsə istinadən ehtimal yox, qəti fikir idi. UEFA təsdiq olunmuş siyahını milli federasiyalara göndərir. Bununla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov rəsmi olaraq ictimaiyyətə açıqlama verməlidi. Əliyar Ağayev çox perspektivli hakimdi və gələcək karyerasını nəzərə alaraq, onu qorumaq lazımdı. Belə durum onun hələ tam formalaşmamış psixologiyasına və gələcək karyerasına ciddi təsir edə bilər. Xaqani Məmmədov son duruma rəsmi aydınlıq gətirməlidi”.


Digər xəbərlər

Xəbər xətti