Xaqani Məmmədov: "Guya mən kimisə aldatmışam"

16:12 9 Dekabr 2016

2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb. 


Sportarena.az futbol11.az-a istinadən xəbər verir ki, FIFA referimiz Əliyar Ağayevin adı ikinci kateqoriyada olan hakimlərin siyahısındadı.


Halbuki, onun yaxın günlərdə birinci kateqoriyaya yüksələcəyi gözlənilirdi. Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov qatıldığı televiziya proqramında açıqlama vermişdi. Görəsən, Xaqani bəy yalan danışıb?


Bu barədə açıqlama verən Hakimlər Komitəsinin sədri məsələyə belə münasibət bildirdi:

"Guya, mən kimisə aldatmışam. Bir həftə bundan əvvəl UEFA Hakimlər Komitəsinin üzvlərindən biri Asim Xudiyevə seminarda iştirak edərkən Əliyarın birinci kateqoriyaya yüksələcəyini demişdi. Mən də bunu ona istinadən yaymışam. Yəni, heç kimi aldatmamışam. Dünən Hakimlər Komitəsinin iclası olub. Komitə üzvlərindən Nikolay Levnikovla danışdım. O , mənə bildirdi ki, Əliyarın məsələsinə dünən baxılmadı. Qərara alındı ki, mövsümün sonunda siyahılara baxılacaq. Hazırkı vəziyyətdə olan siyahıda heç bir dəyişiklik edilməyib. Əliyar fevralda seminara dəvət olunacaq. Bu seminar da elit və birinci kateqoriya hakimləri üçündü".


Digər xəbərlər

Xəbər xətti