Maşallah Əhmədov məhkəmədən vaxt istədi

21:46 9 Dekabr 2016

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 

Sportarena.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədovun vəkili müdafiə nitqi ilə çıxış edib. O, bildirib ki, M. Əhmədovun dəymiş ziyanı ödəməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır.
 

Son söz demək üçün Maşallah Əhmədova söz verilsə də, o, çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

 
Proses dekabrın 20-də davam edəcək.
 
 
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
 

Prokuror məhkəmədən M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Digər xəbərlər

Xəbər xətti