Ramil Şeydayevin komandası darmadağınla qalib gəldi

00:10 10 Dekabr 2016

Türkiyə Super Liqasında 14-cü tura start verilib.
 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" doğma meydanda "Adanaspor"u qəbul edib. Matç Qara Dəniz təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
 

Millimizin üzvü Ramil Şeydayevin adı bu dəfə də iştirak ərizəsinə daxil edilməyib.
 

Qeyd edək ki, 14 turdan sonra aktivində 18 xalı olan"Trabzonspor" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti