Fransa 1-ci liqasında çıxış edən "Bastiya" klubu fransız hakimləri məhkəməyə şikayət etmək niyyətindədir.
Sportarena.az xəbər verir ki, buna səbəb kimi hakimlərin "Bastiya"ya qarşı ayrı-seçkilik etməsi göstərilir. Belə ki, klub rəhbərləri düşünürlər ki, hakimlər "Bastiya"ya haqsız yerə sarı və qırmızı vərəqələr göstərirlər.
Onlar iddia edirlər ki, çempionatın 15-ci turunda "Bordo"ya qarşı keçirilən matçda qırmızı vərəqə ilə cəzalanan futbolçusu Florian Maranja qarşı haqsızlıq olub. Komanda futbolçuya göstərilən qırmızı vərəqi ləğv etmək üçün 1-ci Liqanın İntizam Komitəsinə müraciət etsə də, müsbət nəticə almayıb. Nəticədə futbolçu 2 oyunluq cəzalanıb.