Türkiyənin "Qaziantepspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Superliqa klubunu Marius Şumidiça çalışdıracaq.
Bunu rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında özü deyib.
Qeyd edək ki, 45 yaşlı məşqçisi son olaraq Rumıniyanın “Astra” klubunu çalışdırıb. “Astra” Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsə də, Şumidiça “Qaziantepspor”dan sərfəli təklif aldığından komandadan ayrılmaq qərarı verib.