Əslən azərbaycanlı olan Aleksandr Səmədov qışda Moskva "Lokomotiv"ini paytaxtın digər təmsilçisi Moskva "Spartak"ına dəyişəcək.
Təcrübəli yarımmüdafiəçinin özü də məsələyə münasibət bildirib:
"Lokomotiv"də iki kobok və bürünc medal qazanmışam. Burada keçirdiyin 8 il çox dəyərlidi. Mən "Spartak"ın yetirməsiyəm, amma ora pul üçün getmirəm. Bu, mənim prinsiplərmiə aid deyil. Mənim "Lokomotiv"lə hələ də yaxşı şərtlərlə müqaviləm var. Mənə "Spartak"dan zəng ediləndə klubun mövqeyini öyrənməli idim. "Lokomotiv"in bu təklifə cavabı müsbət oldu. Buna görə də gedirəm".
Qeyd edək ki, Səmədov indiyədək Moskvanın eyniadlı klubu ilə yanaşı, "Dinamo" və "Spartak"da da çıxış edib. "Lokomotiv" azarkeşləri Səmədovu buna görə "Moskva küçələrinin iti" adlandırmışdılar.