Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib.
Sportarena.az xəbər ki, komanda doğma azarkeşləri önündə "Gimaraynş"ı qəbul edib. Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qolkiperi Kamran Ağayev sözügedən matçın start heyətində yer alıb. Emin Mahmudov isə 70-ci dəqiqədə Karassanın əvəzinə meydana daxil olub və sonadək oynayıb.
Qeyd edək ki, Premyer Liqada geridə qalan 13 tur ərzində 13 xal toplayan "Boavişta" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.