Terrorda "Beşiktaş"ın iki əməkdaşı həlak oldu

16:31 11 Dekabr 2016

Dünən "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Vodafone Arena" yaxınlığında meydana gələn partlayış nəticəsində klubun 2 əməkdaşı da həyatını itirib. 


Sportarena.az xəbər verir ki, bunlar 29 yaşlı Uncu Tunç və Vefa Karakurdudur. Tunç "Beşiktaş"ın rəsmi mağazasında satıcı, Karakurdu isə "Vodafone Arena"nın mühafizə xidmətinin işçisi idi.


Xatırladaq ki, ötən gün "Beşiktaş" - "Bursaspor" matçından bir neçə saat sonra arena ətrafında baş verən 2 güclü partlayışda 29 nəfər həlak olub. Bunların 27-si polisdir. 166 nəfər isə xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti